Ulu Öndərin xatirəsinə həsr olunmuş “Regional Media Kuboku”na yekun vurulub
Məlumat üçün bildirək ki, "Regional Media Kuboku"nda 8 komanda "RTV" (Xaçmaz), "CTV" (Lənkəran), "EL TV" (Yevlax), "Kanal S" (Şəki), "Türkel TV" (Tovuz), "Kəpəz", "Region TV" MMC (Bakı) və "RMİY" İB-nin komandaları mübarizə aparıb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğ olunması, Onun Azərbaycan dövlətçiliyinin xilas olması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək vermək, həmçinin, regional media təmsilçiləri arasında əməkdaşlığı və həmrəyliyi möhkəmləndirməyə nail olmaq, eyni zamanda, son illərdə ölkəmizdə inkişaf etməkdə olan idman növlərindən biri olan futbolun kütləviləşdirilməsinə, bu idman növünə marağın daha da artırılmasına xidmət göstərməkdir. Turnirin hər il Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB