Nihat Özdəmir: “Stoku vermədik”

Nihat Özdəmir: “Stoku vermədik”
"Fənərbaxça" klubunun vitse-prezidenti Nihat Özdəmir futbolçu Miroslav Stok haqqında fikir bildirib. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, jurnalistlərə verdiyi açıqlamasında Miroslav Stok üçün 18 milyon avroluq təklifin onlar tərəfindən qəbul edilmədiyini söyləyib.

Xatırladaq ki , 2010- 2011- ci il mövsümünün əvvəlində İngiltərənin "Çelsi" klubundan 5.5 milyon avroya transfer etdiyi futbolçunu o dövrdə "Qalatasaray" da öz heyətinə qatmaq istəyib. Türkiyənin iki nəhəngi arasında çıxan bu transfer mübarizəsinin qalibi "Fənərbaxça" olduğu bir vaxtda ulduz oyunçu üçün yenidən bu mövsümdə transfer təklifi gəldiyi iddiaları təsdiqlənib. Belə ki, jurnalistlərin \"Stok üçün 14 milyon avro verildiyi doğrudurmu?\" sualına Nihat Özdəmir belə cavab verib: \"Nə 14 milyon avro. Bunu haradan öyrəndiniz bilmirəm, amma Stok üçün gələn təklif 18 milyon avrodur. Qəbul etmədiyimiz üçün adını açıqlamaq doğru deyil, amma bir rus komandasıdır. Texniki heyətlə də oturub danışdıq və Stoku vermədik".

Bütün xəbərlər Facebook səhifəmizdə