Azərbaycan parataekvondoçuları Rusiyaya yollanır

Azərbaycan parataekvondoçuları Rusiyaya yollanır

Azərbaycanın Parataekvondo üzrə milli komandası Rusiyaya təlim-məşq toplanışına yollanır. Taekvondo Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyevin rəhbərliyi ilə 12-22 may tarixlərinə nəzərdə tutulan hazırlıq prosesində 23 nəfər iştirak edəcək.

Məlumat üçün bildirək ki, Xasavyurd şəhərində Rusiya komandası tərəfindən təşkil olunan birgə məşqlərə daha bir neçə ölkə dəvət olunub. Hazırlıq prosesinin ardından birgə məşq keçən komandaların iştirakı ilə yoxlama yarışı da planlaşdırılıb.

Qeyd edək ki, Parataekvondo üzrə seçmə komandamızın bu il ən məsul yarışı, noyabrda Arubada dünya çempionatı olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə