Deyəsən futbolda irqçilik problemi qarşısıalınmaz faktora çevrilir. Siasport.az saytı xəbər verir ki, yaşıl meydanlarda bəzi futbolçuların insanlara dostluq və sülh aşılayan futbolu xoşagəlməz vasitələrə alət etmələri, insanlarda ciddi narahatlıq yaradır. İspaniya mətbuatı isə xəbər verir ki, artıq "Barselona"lı Leonel Messinin adı da irqçilik məsələsində hallanmağa başlayıb. Belə ki, "Real" (Madrid) klubunun sabiq futbolçusu, hazırda isə "Everton"da icarə əsasında çıxış edən Roytson Drente ötən mövsüm "Herkules"in heyətində "Barselona"ya qarşı oyunda Messinin ona "negro" (zənci) dediyini bildirib: "Bu söz Cənubi Amerikada normal qarşılana bilər. Ancaq istənilən halda həmin söz heç bir futbolçu üçün xoş deyil. Əgər Messi bu sözü mənə yox, Muhammadou Diarraya desəydi, o dərhal Messinin cavabını verəcəkdi".

Bütün xəbərlər Facebook səhifəmizdə