\"Atletiko\" UEFA Avropa Liqasının qalibi oldu

\"Atletiko\" UEFA Avropa Liqasının qalibi oldu
Dünən Rumuniya paytaxtı Buxarestdə UEFA Avropa Liqasının final qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, finalda iki İspaniya futbol klubu üz-üzə gəliblər. \"Atletiko\" və \"Atletik\"in qarşılamasında gülən tərəf Arda Turanın komandası olub.

Radomir Falkaonun və Dieqonun qolları ilə rəqibini 3:0 hesabı ilə məğlub edən Madrid təmsilçisi, UEFA Avropa Liqasının baş mükafatını yenidən ikinci dəfə öz muzeyinə aparıb. Qarşılaşmada A.Turanın sərgilədiyi oyun, Madridli azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə