Əziz Yıldırım Fatih Terimə sürpriz təklif göndərib

Əziz Yıldırım Fatih Terimə sürpriz təklif göndərib
"Fənərbaxça" futbol klubunun hazırda həbsdə olan prezidenti Əziz Yıldırım, "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimə sürpriz təklif göndərib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun prezidenti F.Terimə müraciət edərək, şənbə günü "Şükrü Saracoğlu" stadionunda "Fənərbaxça" və "Qalatasaray" arasında oynanılacaq derbi finalını onun lojasından izləməyi təklif edib. Türkiyə mətbuatı yazır ki, "Fənərbaxça" klubunun rəhbərlərindən sayılan Əli Yıldırım jurnalistlərə bildirib ki, Ə.Yıldırımın bu dəvətini o artıq "Qalatasaray"ın baş məşqçisinə çatdırıb. Xatırladaq ki, "Beşiktaş"la keçirilən son qarşılaşmada hakimi təhqir etdiyinə görə, Türkiyə Futbol Federasiyası (TFF) F.Terimi 3 oyunluq cəzalandıraraq onu texniki zonadan uzaqlaşdırıb. Artıq çempionatın son tur qarşılaşmasında F.Terim komandasının oyununu tribunadan izləməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə