Məşhur futbolçu 100 milyon avro ilə kifayətlənmək istəmir

Məşhur futbolçu 100 milyon avro ilə kifayətlənmək istəmir
"Porto"nun braziliyalı ulduz hücumçusu Halk daha böyük bir klubdan təklif gəldiyi təqdirdə komandasından ayrılacağını deyib. Siasport.az saytının məlumatına görə, məşhur futbolçu transfer haqqında fikirlərini belə ifadə edib: "Daha böyük bir komandaya getməkdə bir səhv görmürəm. Menecerlərim davamlı olaraq mənimlə maraqlanır, birlikdə ən doğru qərarı verəcəyimizə inanıram".

Qeyd edək ki, 2008-ci ildə "Porto"da çıxış edən braziliyalı futbolçu ilə bağlanmış müqavilədə 100 milyon avro transfer qiymətinin olduğu göstərilib. Lakin futbolçu üçün "Çelsi" və "Paris Sen Jermen" klubları da pul xərcləməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, Halk bu mövsüm forma geyindiyi 25 qarşılaşmada 16 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə