Ümummili liderin xatirəsinə həsr olunmuş konkur üzrə dünya kuboku sona yaxınlaşır
Xəbər verdiyimiz kimi, mayın 8-də Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılığın konkur növü üzrə CSİ - 3* kateqoriyalı beynəlxalq turnirə start verilib. Atçılıq Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 156 000 dollardır. Yarışda Azərbaycan idmançılarıyla yanaşı Gürcüstan, İran, Finlandiya və Belçika çaparı da iştirak edir.
Xatırladaq ki, dünya kubokunun təsnifat mərhələsinə Türkiyə və İrandan olan hakimlər briqadası nəzarət edir. Yarışın ilk günü həmyerlimiz Seid Müasey bütün rəqiblərini qabaqlayaraq çempion adına laiq görülüb. İkinci pilləni isə ölkəmizi Olimpiya oyunlarında təmsil edəcək Camal Rəhimov tutub. Üçüncü yerin sahibi Azərbaycan bayrağı altında çıxış edən Patric Makente olub. Dünən keçirilən yarışın ikinci günündə isə gürcüstanlı Şalva Qaçeçiladze "Saturn" ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İkinci pillənin sahibi isə "Bahar MNM" ləqəbli atla belçikalı idmançı Jody Bosteels olub. Həmyerlimiz Patric Macentee isə "Zidane" ləqəbli atla üçüncü nəticə göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB