Velotura start verildi
Bu gün Azərbaycanda ilk dəfə olaraq Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Velosipedçilər İttafıqının təşkilatçıılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velotura start verilib. Siasport.az saytının məlumatına görə, veloturda 16 ölkəni təmsil edən 17 komanda iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanı bu yürüşdə iki komanda- "Sumqayıt" Klub və "ATA Sport Klub Baku" təmsil edir.

Məlumat üçün bildirək ki, velotura şəhərin çıxışından start verilib. Qət ediləcək yol isə 176 kilometrlik məsafə müəyyən edilib. Velosipedçilərin finiş xətti isə İsmayıllı rayonu təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə