İsmayıl İsmayılov: “Bu yarış Azərbaycanda velosiped idmanının inkişafına səbəb olacaq” - MÖVQE

İsmayıl İsmayılov: “Bu yarış Azərbaycanda velosiped idmanının inkişafına səbəb olacaq” - MÖVQE
Azərbaycan velotur idman yarışının keçirilməsinin çox böyük əhəmiyyəti vardır. Velosiped idmanı dünyada populyar idman növlərindən biridir. Bunu Səstv-yə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib. Onun sözlərinə görə, artıq bizim bu idman növündə Olimpiya oyunlarına lisenziya qazanmış idmançımız var: "Ümid edirəm ki, belə bir tədbirin, yarışın keçirilməsi Azərbaycanda velosiped idmanının inkişafına səbəb olacaqdır. Bu tədbir birdaha onunla əlamətdardır ki, Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin doğum gününə həsr olunub. Məhz onun sayəsində digər sahələrdə olduğu kimi, Azərbaycan idmanının inkişafının da əsası qoyulub. Bu gün Azərbaycanda idman siyasəti yüksələn xəttlə, cənab prezident İlham Əliyev tərəfindən çox uğurla inkişaf etdirilir. Bununla belə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlarını məhz dövlətimizin idmana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirmək olar. Ulu öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan idmançıları uğurlu nailiyyətlər əldə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə