Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Velosipedçilər İttafıqının təşkilatçıılığı ilə Bakıda Ümummili lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş velotur keçirilir. Siasport.az saytının məlumatına görə, ilk olaraq Azərbaycan, Ukrayna, Hollandiya, İsveçrə, Qazaxıstan, Latviya, Qayana, Çexiya və Böyük Britaniyanın qadın velospideçiləri yarışıb.
Şəxsi yarışlarda Azərbaycanı Yelena Çalıx təmsil edib. Əvvəlcədən məlum olan marşut üzrə hərəkət edən idmançılardan ən tez finişə çatan Azərbaycan təmsilçisi olub. O, 34.57 dəqiqəyə finiş xəttini keçməyə müvəffəq olub. Ukraynalı Alyona Pavluxina 2-ci, latviyalı Aleksandra Saşenka isə, 3-cü yerlə kifayətlənməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB