“Qarabağ” komandası “Xəzər Lənkəran”la oyuna hazırlaşır

“Qarabağ” komandası “Xəzər Lənkəran”la oyuna hazırlaşır
Ağdamın "Qarabağ" klubu "Xəzər Lənkəran"la oyuna hazırlaşır. Siasport.az saytının məlumatına görə, Premyerliqanın sonuncu turunda cənubluların qonağı olacaq "Qarabağ" bu gündən etibarən həlledici oyunun məşqlərinə başlayıb.

Şənbə günü "İnter"lə keçirilən oyun sonrası Bakıya dönən komanda dünən istirahət edib. Bu günə isə tək çalışma ilə yekun vurulub.

Məlumat üçün bildirək ki, "Qarabağ"ın hazırlığında mövsümü erkən bitirən Əfran İsmayılov iştirak etməyib. Əvəzində "İnter"lə sonuncu oyunu cəza üzündən buraxan Maksim Medvedev "Xəzər Lənkəran"la görüşün hazırlıqlarında iştirak edir.

Qeyd edək ki, sabah "Qarabağ" Bakıda daha bir məşqə çıxacaq. Ertəsi gün isə komanda Lənkərana yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə