“Xəzər Lənkəran” stadionu Azərbaycan-Latviya oyununa ev sahibliyi edəcək

“Xəzər Lənkəran” stadionu Azərbaycan-Latviya oyununa ev sahibliyi edəcək
Sabah "Xəzər Lənkəran" Mərkəzi stadionu Azərbaycanda keçiriləcək U-17 qadınlar arasında dünya çempionatının hazırlıq mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan-Latviya beynəlxalq yoldaşlıq oyununa ev sahibliyi edəcək. Siasport.az saytının məlumatına görə, görüş saat 16:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, stadiona giriş qadınlar və 12 yaşadək uşaqlar üçün pulsuz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə