\"Neftçi\"nin 8 futbolçusu milliyə dəvət olunub

\"Neftçi\"nin 8 futbolçusu milliyə dəvət olunub

\"Neftçi\"nin 8 yetirməsi U-21-in düşərgəsinə dəvət alıb. Siasport.az saytının məlumatına görə, hazırda flaqmanın formasını geyinən Elvin Yunuszadə və Mirhüseyn Seyidov milli komandanın mayın 21-dən 30-a qədər Almaniyanın Frankfurt şəhərində təşkil olunacaq təlim-məşq toplanışına çağırılıb. Digər 6 futbolçu isə, icarə əsasında başqa klublarda çıxış edir. Bunlar Araz Abdullayev, Amit Quluzadə, Ruslan Tağızadə, Orxan Həsənov, Tərlan Quliyev və Eşqin Quliyevdir.

Xatırladaq ki, 21 yaşlı futbolçulardan ibarət milli komandamız iyunun 1-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq. Bundan 4 gün sonra isə millinin rəqibi İslandiya seçməsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə