Reqbi üzrə Bakı şəhər açıq kubokuna yekun vurulub

Reqbi üzrə Bakı şəhər açıq kubokuna yekun vurulub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Qaradağ təlim-idman bazasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş reqbi üzrə Bakı şəhər açıq kuboku keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Neftçi (Bakı), Sumqayıt, Cəlilabad və "Tissa" komandasını (əcnəbi vətəndaşlar) təmsil edən 80 nəfər idmançı iştirak edib. Yarışın nəticələrinə görə I yeri Neftçi (Bakı) komandası, II yerı "Tissa" komandası, III yeri isə Cəlilabad yığma komandası tutub.

Qeyd edək ki, I, II və III yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə