QHT-lər arasında keçirilən “Heydər Əliyev Kuboku”na yekun vuruldu

QHT-lər arasında keçirilən “Heydər Əliyev Kuboku”na yekun vuruldu
Bu gün Nərimanov rayon Gənclər və İdman İdarəsi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Kreativ Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə dövlət proqramı və "İdman ili" çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku"na yekun vurulub. Siasport.az saytının məlumatına görə, Nərimanov rayon 200 saylı orta məktəbin meydançasında baş tutan final qarşılaşmasında "Siyasi Maarifçilik" və "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin komandaları üz-üzə gəlib.

Məlumat üçün bildirək ki, oyunun ilk hissəsində hər iki komanda aktivinə 1 qol yazdıra bilib. Belə ki, birinci hissə 1:1 hesablı bərabərliklə başa çatıb. İkinci hissədə isə "Siyasi Maarifçilik" İctimai Birliyinin futbolçuları oyunda gedişatı öz xeyirlərinə dəyişib. Beləliklə, oyun 2:1 hesabı ilə qələbə qazanan "Siyasi Maarifçilik" İctimai Birliyinin komandası "Heydər Əliyev Kuboku"na layiq görülüb.

Xatırladaq ki, turnirdə müxtəlif sahələr üzrə 16 qeyri-hökümət təşkilatı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə