Türkiyənin "Qalatasaray" klubunun və Futbol Federasiyasının keçmiş başçısı Ali Uras bu gün vəfat edib. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq rəhbər 89 yaşında həyata gözünü yumub.
Məlumat üçün bildirək ki, 14 may 1923-cü ildə Sinopda doğulan Ali Uras sarı-qırmızılı komandada 1979-1986-cı illərdə iki dəfə rəhbərlik edib. O, Türkiyə Futbol Federasiyasına isə 23 dekabr 1986, 21 avqust 1987-ci illər ərzində sədrlik edib. Bundan əlavə, tibb elmləri doktoru və cərrahiyədə professorluq mərtəbəsinə qədər yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB