Azərbaycan futbolunun dünyada tanıdılması və Avropa futboluna inteqrasiyanın təmin edilməsi istiqamətində "Qəbələ" klubu mayın 30-dan iyunun 4-ə qədər Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil edəcək. Siasport.az saytının məlumatına görə, Avropanın öndə gedən klublarının – "Vilyareal", "Levante" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Feyenord" (Hollandiya), "Bröndbü" (Danimarka) və Serbiya Yığma Komandasının iştirakı ilə baş tutacaq "I Qəbələ Kuboku" turnirində Azərbaycan "Qarabağ" və "Qəbələ" klubları ilə təmsil olunacaq.
Qeyd edək ki, komandalar ilkin mərhələdə 2 qrupda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB