Azərbaycanın qadın boksçuları dünya çempionatına hazırlaşır

Azərbaycanın qadın boksçuları dünya çempionatına hazırlaşır
Boks üzrə qadınlardan ibarət milli komandamızın 3 üzvü – Anna Əlimərdanova (51 kq), Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) hazırda Astanada təlim-məşq toplanışındadır. Boks Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, boksçularımız "Avtomobilist" bazasında Ukrayna və Qazaxıstan idmançıları ilə birgə hazırlıq keçir.

Məlumat üçün bildirək ki, yığmamızın üzvləri mayın 8-də Çinin Quançjao şəhərinə yollanacaq. Mayın 11-də bu şəhərdə London Olimpiadasına lisenziya verən dünya çempionatı start götürəcək. Olimpiya oyunlarında qadınların boks yarışı 3 çəki dərəcəsində - 51, 60 və 75 kq çəki dərəcələrində keçiriləcək. Milli komandamızın üzvləri Qazaxıstana getməmişdən öncə Yunanıstanda təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak edib. Həmin yarışda Yelena Vıstropova 3-cü yerə layiq görülüb. Qadınlar arasında dünya çempionatında həmyerlimiz Rövşən Hüseynov hakimlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə