Badminton üzrə Bakı şəhər çempionatı keçirilir

Badminton üzrə Bakı şəhər çempionatı keçirilir

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2012-ci ilin Prezident tərəfindən Azərbaycanda "İdman ili" elan olunması ilə əlaqədar olaraq Badminton üzrə Bakı şəhər çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, Bakı Slavyan Universitetinin idman salonunda keçirilən çempionatda 5 komanda - "Təhsil", "Neftçi 1", "Neftçi 2", "Gənclik" , "BBT " iştirak edir.

Məlumat üçün bildirək ki, şəxsi yarışlarda 24 oğlan və 18 qadın idmançı iştirak edir. Oğlanlar arasında reytinqə görə ən güclülər Kərim Musayev, Orxan Qələndərov və Tural Rəsulov hesab olunur.

Qeyd edək ki, çempionata mayın 9-a da yekun vurulacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə