"Beşiktaş" "Fənərbaxça"nı məğlub edib "Qalatasaray"ı sevindirdi!

"Beşiktaş" "Fənərbaxça"nı məğlub edib "Qalatasaray"ı sevindirdi!
Dünən futbol üzrə Türkiyə Superliqasının final mərhələsində növbəti qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, "İsmət İnönü" stadionunda əzəli rəqiblərindən olan "Fənərbaxça"nı qəbul edən "Beşiktaş", qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Oyunda yeganə qolu Hugo Almeyda "Fənərbaxça"nın qapısından keçirib. "Beşiktaş"ın "Fənərbaxça" üzərindəki qələbəsinə isə daha çox "Qalatasaray" sevinib. Çünki keçən həftə öz meydanında "Trabzonspor"la qarşılaşmadan cəmi 1 xalla ayrılan "cim bom", "Fənərbaxça"nın bu məğlubiyyəti sayəsində əzəli rəqibi ilə aralarındakı xal fərqinin 3-ə çatmasından məmnun görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə