Rikardo Quarejma: “Əlimdən gəldiyincə bu komandaya kömək etmək istəyirəm”

Rikardo Quarejma: “Əlimdən gəldiyincə bu komandaya kömək etmək istəyirəm”

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqası finalının 4-cü həftəsində \"Beşiktaş\" "Fənərbaxçanı" 1-0 məğlub edib. Siasport.az saytının məlumatına görə, qələbədən sonra təşkil edilən mətbuat konfransında "Beşiktaş"ın portuqaliyalı futbolçusu Rikardo Quarejma şərhində rəqibləri ilə oynadıqları matçda mövqeləri dəyərləndirə bilmədiklərini belə ifadə edib: \'\'Bu axşam sürətli oyun oynadıq.Ələ düşən fürsəti qiymətləndirib qalib gəldik. Əslində ilk görüşdə də yaxşı işlər görmüşük. Heç bir zaman \"Fənərbaxça\"dan geri qalmadıq. Bu gün əlimizə keçən şansı yaxşı qiymətləndirib qalib gəldik\'\'.

Qeyd edək ki, komandada müqavilə bitikdən sonra qalıb qalmayacağı haqda sualı cavablandıran futbolçu deyib: "Beşiktaş"da və bu ölkədə olmaqdan çox xoşbəxtəm. Əgər bir gün çətinlik çəksəm və xoşbəxt olmadığımı hiss etsəm, deyərəm.Əlimdən gəldiyincə bu komandaya kömək etmək istəyirəm. Mən burada qalmaq fikrindəyəm\'\'.

Bütün xəbərlər Facebook səhifəmizdə