“Qarabağ”-“İnter” dueli- Statistika

Unibank Premyer Liqanın 31-ci turunda "Qarabağ"-"İnter"lə görüşəcək. Siasport.az saytının məlumatına görə, bu qarşılaşma hər iki komanda üçün sayca 27-ci olacaq. Bunadək komandalar bir-birilə 26 dəfə qarşılaşıb, 21 oyun çempionat çərçivəsində keçirilib və 5 oyun isə kubok turnirinin payına düşür. "İnter" rəqibini 10 dəfə məğlub edə bilib, "Qarabağ" isə 9 qələbəylə fərqlənib, qalan 7 matçda tərəflər meydandan sülhlə ayrılıb. Vurulan topların fərqi komandamızın xeyrinədir-21:20. Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. "İnter" və "Qarabağ" qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.

Xatırladaq ki, bu mövsümdə komandalar üç dəfə qarşılaşıb, ilk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşmasa qolsuz bərabərliklə başa çatıb, üçüncü oyunda da tərəflər meydandan sülhlə ayrılıblar-1:1. "İnter"-"Qarabağ" oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 26 oyundan 14-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müyəssər olub. Azərbaycan çempionatında "İnter"ə qarşı keçirilən ev oyunlarında "Qarabağ" üstünlüyə malikdir. Belə ki, 10 qarşılaşmada ağdamlılar 5 dəfə \"İnter\"i məğlub etməyi bacarıb. 3 oyun heç-heçə başa çatıb və 2 dəfə komandamız qələbə qazanıb. Bu qarşılaşmalarda top fərqi "Qarabağ"ın xeyrinə 10-6-dir.

Qeyd edək ki, "Qarabağ"-\"İnter\" matçı mayın 5-də keçiriləcək. Oyun saat 17.30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə