"Xəzər Lənkəran" Unibank Premyer Liqanın XXXI turunda "Qəbələ" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, mayın 5-dəki matça meydan sahibi kimi çıxacaq Lənkəran təmsilçisi özü üçün uğurlu olan seriyanı davam etdirməyə çalışır.
Qeyd edək ki, "Qəbələ" ilə son 4 ev oyununda qalib gələn "Xəzər Lənkəran" bu seriyanı 5-ə çatdırmaq istəyir. Ümumilikdə də "Qəbələ" ilə ev oyunlarında 6 qələbəsi olan "Xəzər Lənkəran" cəmi 2 dəfə qonaqlara xal verib. 1 dəfə uduzub, 1 dəfə heç-heçə edib. Belə ki, vurduğu 16 topun qarşılığında 6-nı buraxıb.
Məlumat üçün bildirək ki, "Qəbələ" ilə çempionat və kubokdakı oyunların ümumi balansına gəlincə isə cənublular 17 dəfə bu rəqiblə görüşüb. 11 dəfə qalib gələn "Xəzər Lənkəran" daha 3 dəfə "sülh"lə razılaşıb və cəmi 3 dəfə məğlub olub. Top fərqində isə "Qəbələ" geridə qalır – 13:29.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB