Mayın 12 və 13-də Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
Qeyd edək ki, yarışın proqramına əsasən, mayın 11-də püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.
Xatırladaq ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14.30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14.00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB