“Səs” qəzetinin komandası Ümummilli liderin xatirəsinə həsr olunmuş turnirin qalibi oldu - FOTOSESSİYA
Bu gün \"Yeni Azərbaycan\", \"İki sahil\" və \"Səs\" qəzetlərinin birgə təşkilatçılığı, \"Baltika Bakı\" və \"Coka-Cola\" şirkətlərinin maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş jurnalistlər arasında voleybol turnirinin final oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasında təşkil olunmuş final görüşündə "Səs" və "Xalq" qəzetinin komandaları üz-üzə gəliblər. Qarşılaşmanı Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, turniri təşkil edən qəzetlərin baş redaktorları, kütləvi informasiya vasitələrinin nümayəndələri və komanda azarkeşləri izləyib. Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarovun idarə etdiyi matçın ilk iki setində "Səs" qəzetinin komandası qələbə qazanıb(25:19, 25: 21).
İlk iki setdən sonra "Xalq" qəzetinin voleybolçuları oyunda dönüş ediblər. Nəticədə 3-cü və 4-cü setlərdə gərgin şəraitdə keçən mübarizənin qalibi "Xalq" qəzetinin voleybolçuları olub (22: 25, 26:28). Bundan sonra oyunun gedişində sükanı ələ keçirən "Səs" qəzetinin komandası, həlledici- 5-ci setdə 18:16 hesabı ilə qələbə qazanıb. Beləliklə, "Səs" qəzetinin komandası Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olub.
Görüşdən sonra 3-cü yerin sahibi "AzərTac" komandasına, 2-ci yerin sahibi "Xalq" qəzetinin komandasına və qalib \"Səs\" qəzeti komandasına Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov tərəfindən diplom və pul mükafatı təqdim olunub.
Turnirlə bağlı fikirlərini SİA-ya bildirən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov vurğulayıb ki, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif tədbirlər keçirilir: \"Bu tədbirlər içərisində önəmli yer tutan tədbirlərdən biri idman yarışlarının keçirilməsidir. Növbəti belə bir idman yarışı da voleybol turniri formasında reallaşır. Belə tədbirlərin keçirilməsi bütövlükdə hər bir Azərbaycan vətəndaşının və Azərbaycan xalqının Heydər Əliyevə, onun əziz xatirəsinə, onun ideyalarına hörmətinin, ehtiramının ifadəsidir. İndi Azərbaycanı müxtəlif və mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi bir məkan kimi tanıyırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB