"Qalatasaray" çempionluq yolunda ağır zərbə aldı!

"Qalatasaray" çempionluq yolunda ağır zərbə aldı!
Dünən futbol üzrə Türkiyə Superliqasında final mərhələsinin növbəti qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Qalatasaray" futbol klubu öz meydanında "Trabzonspor"u qəbul edib. "Cim bom" bu qarşılaşmadan qolsuz bərabərliklə ayrılaraq çempionluq yolunda böyük zərbə alıb. Çünki əgər bu gün "Beşiktaş"ın qonağı olacaq "Fənərbaxça" meydandan qələbə ilə ayrılarsa, o zaman "Qalatasaray"la xal fərqini bərabərləşdirəcək və gələn həftə "Şükrü Saracoğlu" stadionunda keçiriləcək qarşılaşmaya yüksək əhval ruhiyyədə çıxacaq. Türkiyə çempionu olmaq üçün "Fənərbaxça"ya gələn "Qalatasaray"la həftə keçiriləcək qarşılaşmadan bərabərliklə ayrılmaq da yetir.

Bütün xəbərlər Facebook səhifəmizdə