Lökbatan qəsəbəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənclər arasında 125 sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda Motosiklet İdman Federasiyasını təmsil edən 23 idmançı iştirak edib.
Qeyd edək ki, gərgin gedən mübarizədən 125 sm3 həcmli motosikletlərdə 1-ci yerə Nail Mustafayev, 2-ci yerə Əli Məmmədov, 3-cü yerə isə, Asif Musayev layiq görülüb.
Məlumat üçün bildirək ki, yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB