Roy Hodson Stiven Cerradı İngiltərə millisi üçün vacib futbolçu adlandırdı

Roy Hodson Stiven Cerradı İngiltərə millisi üçün vacib futbolçu adlandırdı
Yenicə futbol üzrə İngiltərə millisinin sükanı arxasına keçən Roy Hodson, keçmiş komandası olan "Liverpul"un kapitanı Stiven Cerrardı milli komandada güvəndiyi əsas futbolçulardan biri adlandırıb. Siasport.az saytı xəbər verir ki, 64 yaşlı futbol mütəxəssisi bu qənaətə gəlməsində əsas səbəb kimi S.Cerrardın hələ də usta futbolçu kimi öz potensialını itirməməsini və "Liverpul"da əla çıxış etməsini göstərib. "The Telegraph" qəzeti yazır ki, Təcrübəli mütəxəssisin fikrincə, İngiltərə millisi təcrübəli futbolçularla gənc futbolçuların vəhdəti nəticəsində Avro-2012-də əla çıxış edə biləcək. "Təcrübə və gənc potensial,- bu iki amil komanda üçün olduqca vacib amildir"-deyə baş məşqçi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə