Təbriz Həsənov: “Hakim vurulmuş qolumuzu qeydə almadı”

Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Qazaxıstan və Azərbaycan yığmaları arasında bu gün keçirilib. Siasport.az saytının məlumatına görə, baş tutmuş görüşdən sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov oyun haqda fikirlərini belə ifadə edib: "Əzmkar və baxımlı oyuna görə futbolçularıma təşəkkür edirəm. Qazaxıstan yığmasından üstün oyun nümayiş etdirdik. Qalib gəlməli olduğumuz qarşılaşmada hakimin birtərəfli oyun idarə etməsi ucbatından heç-heçə etdik. Hakim səbəb olmadan qapımıza penalti təyin etdi. Bundan əlavə, qaydalar çərçivəsində vurulmuş qolumuzu qeydə almadı. Bu turnir uşaqların oyun təcrübəsini artırmaq baxımından əhəmiyyətli idi".

Bütün xəbərlər Facebook səhifəmizdə