“AzərTac” Ümummilli liderin xatirəsinə həsr olunmuş turnirdə 3-cü olub

“AzərTac” Ümummilli liderin xatirəsinə həsr olunmuş turnirdə 3-cü olub

Bu gün \"Yeni Azərbaycan\", \"İki sahil\" və \"Səs\" qəzetlərinin birgə təşkilatçılığı, \"Baltika Bakı\" və \"Coka-Cola\" şirkətlərinin maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş jurnalistlər arasında voleybol turnirində 3-cü yer uğrunda görüş baş tutub. Siasport.az saytının məlumatına görə, daha öncə baş tutan qarşılaşmaların nəticəsinə əsasən, "Yeni Azərbaycan" qəzetinin voleybolçuları ilə "AzərTac" komandası arasında gərgin mübarizə baş tutub.

Qeyd edək ki, turnirin birinciliyindən əl üzmüş komandaların görüşündə, "Xalq qəzeti"nə məğlub olmuş "Yeni Azərbaycan" qəzetinin komandası 0:3 hesabı ilə uduzmaqla qələbəni yenə əldən verib. Beləliklə, Ümummilli liderin xatirəsinə həsr olunmuş turnirin 3-cü pilləsinə "AzərTac", 4-cü yerə isə "Yeni Azərbaycan" qəzetinin komandası çıxıb.

Xatırladaq ki, sabah turnirin qalibi uğrunda gərgin mübarizənin gedəcəyi gözlənilir. "Səs" qəzeti ilə "Xalq qəzeti"nin komandaları arasında baş tutacaq görüş I yerin sahibini müəyyənləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə