Muslera "Fənərbaxça"nın xal itirəcəyinə inanır

Muslera "Fənərbaxça"nın xal itirəcəyinə inanır
İstanbulun "Qalatasaray" futbol klubunun qapıçısı Fernando Muslera, "Qalatasaray" televiziyasına bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, "cim bom"lu qolkiper, çempion olmaq üçün sona qədər mübarizə aparacaqlarını və öz meydanlarında çempionluğu bayram edəcəklərini dilə gətirib. Uruqvaylı qapıçı, bu gün "Trabzonspor"la keçiriləcək qarşılaşmada ancaq və ancaq qələbə qazanmaq üçün çalışacaqlarını deyərək, "Fənərbaxça"nın da sabah "Beşiktaş"ın meydanında keçirəcəyi oyunda xal itirəcəyinə əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə