"Liverpul" yenə uduzdu...
Dünən futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınan iki qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, "Fulhem"i qəbul edən "Liverpul", Şkrtelin avtoqolu nəticəsində qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Bu məğlubiyyət nəticəsində artıq "Liverpul" UEFA Avropa Liqasına düşmək şanslarını da itirməyə yaxındır. "Stok Siti" ilə "Everton"un qarşılaşmasından isə tərəflər hərəyə bir xalla ayrılıblar.



"Liverpul" - "Fulhem" - 0:1
Qol:
Şkrtel, 5-avtoqol (0:1)

"Stok Siti" - "Everton" - 1:1
Qollar:
Krauç, 45-avtoqol (0:1), Jerome, 69 (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə