“Biz Birlikdə Bacararıq” adlı foto müsabiqənin qalibləri mükafatlandırıldı

“Biz Birlikdə Bacararıq” adlı foto müsabiqənin qalibləri mükafatlandırıldı

14 ildir ki, Avropa Şurasının \"Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi\" layihəsinin Azərbaycan Respublikasında keçirilməsinin təmin edilməsi, Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərə Vətənə məhəbbət hisslərinin aşılanması məqsədi ilə respublikanın əksər regionlarını əhatə edən gənc fotoqraflar arasında, "Mədəni İrsimiz-Tarixi Dəyərimiz" müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, müsabiqədə qalib gəlmiş fotoşəkillər hər il İspaniyanın Barselona şəhərinə göndərilir və dünyanın əksər ölkələrdə təşkil edilən sərgilərdə nümayiş olunur.

Bunula yanaşı həmin fotoşəkillər tədbirin ümumi kataloqunda nəşr olunur. Ölkəmizin 2020-ci il Yay Olimpiya oyunlarına iddiaçı şəhər olduğunu nəzərə alaraq, bu il müsabiqə Azərbaycanda "Birlikdə bacararıq" adı altında həyata keçirilir. Belə ki, bu gün İçərişəhərdə "Birlikdə Bacararıq" adlı fotomüsabiqəsinin nəticələrinə həsr olunmuş fotosərgi və qrafiti şou keçirilib. Foto müsabiqənin nəticəsinə əsasən, Məcid Əliyev 1-ci, Yaqub Səfərov 2-ci, Nizami Əlləzov isə, 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, "Birlikdə Bacararıq" adlı fotomüsabiqəsində I yerə layiq görülmüş iştirakçı 400 manat, II yerə layıq görülmüş iştirakçı 300 manat, III yerə layıq görülmüş iştirakçı isə 200 manat pul mükafatı və diplomlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə