Təbriz Həsənov: “Əsas məqsədimiz qol buraxmamaq idi”

Təbriz Həsənov: “Əsas məqsədimiz qol buraxmamaq idi”

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət İran və Azərbaycan yığmaları arasında oyun keçirilib. Siasport.az saytının məlumatına görə, baş tutmuş qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov oyun haqda fikirlərini bildirib: "Daha əvvəl də qeyd etdiyim kimi, İran yığması fiziki baxımdan turnirin ən güclü komandalarından biri, hətta birincisidir. Əsas məqsədimiz qol buraxmamaq idi. Təəssüf ki, birinci hissədə iki standart vəziyyətdə qapımızda qol gördük. Hesabda geri düşdükdən sonra uşaqlar tələskənliyə yol verdilər. Fasilədən sonra oyunda dönüş yaratmaq istəsək də, əks-hücumda rəqib üçüncü qolu vurdu ".

Bütün xəbərlər Facebook səhifəmizdə