İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar UEFA-ya "Avro-2012"nin Ukraynada keçirilməli olan matçlarını İspaniyada reallaşdırmaq barədə təklif verib. Bu təklifin səslənməsinə səbəb isə Ukraynada keçmiş baş nazir Yuliya Timoşenko ətrafında yaranmış qalmaqal və Dnepropetrovskda baş vermiş partlayışlardır.
UEFA-nın "Avro-2012" üzrə əməliyyat direktoru Martin Kallen çempionat matçlarının başqa ölkəyə keçirilməsinin mümkünsüzlüyünü vurğulayan çıxış edib. O deyib ki, qısa müddətdə hazırlıqların aparılması qeyri-real görünür. M.Kallen əgər zərurət yaranarsa, ümumən çempionatın 2012-ci ildə deyil, bir il sonra keçirilməsi məsələsinin gündəmə gələ biləcəyinə də diqqət çəkib: "Əgər ölkədə vəziyyət çox təhlükəli olsa, çempionatı ümumiyyətlə keçirməmək lazımdır".
Onu da deyək ki, Ukrayna və Polşa hökuməti hər cəhdlə UEFA-nı Avropa birinciliyində bütün təhlükəsizlik məsələlərinin yoluna qoyulacağına, mövcud istiqamətdə hər hansı problemlərin yaşanmayacağına inandırmağa çalışır./168.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB