Nərimanov rayon Gənclər və İdman İdarəsi, "Gənclərin Töhfəsi" və "Kreativ Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında Futbolun İnkişafına dair" Dövlət Proqramı (2005-2015-ci illər) və "İdman ili" çərçivəsində baş tutan oyunların artıq ilk turu sona yetib. Siasport.az saytının məlumatına görə, "QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku"nun ikinci turunda iştirak edəcək komandalar artıq məlum olub. Belə ki, növbəti mərhələyə vəsiqə qazanan QHT komandaları aşağıdakılardır:
1. "Siyasi Maarifçilik" İB,
2. ATGTİ-1,
3. Qan Donorları Assosiasiyası" İB,
4. "Təkan Tələbə Gənclər" İB,
5. "Kreativ Gənclər" İB,
6. "Demokratiyanı Öyrənmə" İB.
7. "Deportasiya Olunmuş Şəxslərə Kömək" İB,
8. "Demokratik Azərbaycan Naminə" İB.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB