\"Səs\" və \"Xalq qəzeti\" komandaları finala vəsiqə qazandılar

\"Səs\" və \"Xalq qəzeti\" komandaları finala vəsiqə qazandılar

Bu gün \"Yeni Azərbaycan\", \"İki sahil\" və \"Səs\" qəzetlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş jurnaslitlər arasında voleybol turnirinin yarımfinal oyunları keçirildi. Siasport.az saytının məlumatına görə, yarış cədvəlinə uyğun olaraq yarımfinala qarşılaşmasının ilk oyunu "Yeni Azərbaycan"la "Xalq qəzeti\" arasında baş tutdu.

Mübarizədə üstün oyun sərgiləyən "Xalq qəzeti\"nin komandası ümumi hesabda isə 3:0 (25:11, 25:17, 25:18) hesabı ilə qələbə qazandı. Günün digər qarşılaşması isə, "Səs" qəzetinin voleybolçuları ilə "AzərTac" arasında baş tutdu. Mübarizədə gözəl oyun nümayiş etdirən "Səs" qəzetinin voleybolçuları 3:0 (25:20, 25:22, 25:17) hesabı ilə inamlı qələbə qazandı.

Beləliklə, \"Səs\" voleybolçuları finalda \"Xalq qəzeti\"nin komandası ilə görüşəcək. \"AzərTac\" və \"Yeni Azərbaycan\" qəzetinin komandaları isə 3-cü yer uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə