"Porto" yenidən çempionu oldu!

Artıq yeni Portuqaliya çempionunun adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, dünən 28-ci tur çərçivəsində səfərdə "Maritimo"nu 2:0 hesabı ilə məğlub edən "Porto" 26-cı çempionluğunu rəsmiləşdirib. Son turda qazanılan qələbə sayəsində xalını 69-a yüksəldən "Porto" ən yaxın izləyicisi "Benfika"nı 6 xal qabaqlayır. Portuqaliyada ən çox çempionluq yaşamış "Benfika" isə hazırda 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Şəxsi görüşlərdə "Porto" "Benfikan"nı üstələdiyindən sonra "əjdahalar" sona iki tur qalmış çempionluğu bayram ediblər. Son 10 ildə 8 dəfə çempionluq yaşayan "Porto", eyni zamanda 20 dəfə Portuqaliya kubokuna sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə