"Çelsi"  rəqibinə "futbol dərsi" keçdi!

"Çelsi" rəqibinə "futbol dərsi" keçdi!
İngiltərə Premyer Liqasının 36-cı turunda bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, "Everton" "Fulhem"i 4:0 hesabı ilə darmadağın edib. "Tottenhem" isə "Bləkbörn"ə 2 cavabsız qol ilə qalib gəlib. Londonun "Çelsi" klubu isə "Kvins Park Reyncers" klubunu qəbul edib. Son günlər uğurlu futbolu ilə diqqətləri öz üzərinə çəkən, xüsusi ilə "Barselona" kimi komandanı UEFA Çempionlar Liqasından uzaqlaşdıran "zadəganlar", bu dəfə zəif rəqiblərinə heç bir aman verməyiblər. Belə ki, "Çelsi" rəqiblə qarşılaşmadan 6:1 hesablı qələbə ilə ayrılıb.


"Sanderlend" - "Bolton" - 2:2
Qollar:
Deyvis, 25 (0:1), 70 (2:2), Bendtner, 36 (1:1), Makklin, 55 (2:1)

"Everton" - "Fulhem" - 4:0
Qollar:
Yelaviç, 7-pen (1:0), 40 (3:0), Fellaini, 16 (2:0), Kehil, 61 (4:0)

"Suonsi" - "Vulverhempton" - 4:4
Qollar:
Orlandi, 1 (1:0), Allen, 4 (2:0), Dayer, 15 (3:0), Fletçer, 28 (3:1), Qraham, 31 (4:1), Yarvis, 33 (4:2), 69 (4:4), Edvards, 54 (4:3)

"Vest Bromviç" - "Aston Villa" - 0:0

"Uiqan" - "Nyukasl" - 4:0
Qollar:
Moses, 13 (1:0), 15 (2:0), Maloney, 36 (3:0), Di Santo, 45 (4:0)

"Stok Siti" - "Arsenal" - 1:1
Qollar:
Krauç, 10 (1:0), Van Persi, 15 (1:1)

"Norviç" - "Liverpul" - 0:3
Qollar:
Suarez, 24 (0:1), 28 (0:2), 82 (0:3)

"Çelsi" - "Kvins Park Reyncers" - 6:1
Qollar:
Stariç, 1 (1:0), Terri, 13 (2:0), Torres, 19 (3:0), 25 (4:0), 64 (5:0), Maluda, 80 (6:0), sisse, 84 (6:1)

"Tottenhem" - "Bləkbörn" - 2:0
Qollar:
Van der Vaart, 22 (1:0), Ualker, 75 (2:0)

Bütün xəbərlər Facebook səhifəmizdə