Dünən futbol üzrə Türkiyə Superliqasının final mərhələsində növbəti qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, əzəli rəqiblərindən olan "Beşiktaş"ı öz meydanında qəbul edən "Fənərbaxça", rəqibini güclə də olsa 2:1 hesabı ilə məğlub edib. Bu görüşdə Egemen Qorxmaz avtoqola imza atıb. Səfərdə "Trabzonspor"un qonağı olan "Qalatasaray" isə səfər oyunundan 4:2 hesablı qələbə ilə ayrılıb.
"Trabzonspor" - "Qalatasaray" - 2:4
Qollar: İnan, 20 (0:1), Atəş, 22 (0:2), 42 (0:3), Kolman, 60 (1:3), 85-pen (2:4), Ebuye, 62 (1:4)
"Fənərbaxça" - "Beşiktaş" - 2:1
Qollar: Qorxmaz, 54 (0:1), Stok, 57 (1:1), Qorxmaz, 83-avtoqol (2:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB