Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş \"Prezident kuboku\" turnirində 17 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığmaları arasında oyun keçirilib. Siasport.az saytının məlumatına görə, baş tutmuş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov görüş haqda fikirlərini bildirib: "Türkiyə yığması üzərində qazandığımız buqələbə futbolçuların özünə inamını bir qədər də artırdı. Finala çıxmaq üçün sonuncu oyunda da qələbə qazanmaq lazımdır. Qrupdakı son rəqibimiz fiziki cəhətdən güclü İran komandasıdır. İran yığması ilə qarşılaşmada da qalib gəlib finala çıxmağa çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB