Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. Siasport.az saytının məlumatına görə, türkiyəli həmyaşıdları ilə qarşılaşan futbolçularımız 2:0 hesabı ilə qələbə qazanıb. Qolların müəllifləri Elnur Cəfərov və Mahir Mədətov olub.
Xatırladaq ki, yığma "Prezident kuboku" turnirində aprelin 28-də keçirdiyi ilk oyunda Gürcüstan komandasına 1:0 hesabı ilə qalib gəlmişdi.
Məlumat üçün bildirək ki, futbolçularımız qrupda son oyununu mayın 1-də, Bakı vaxtı ilə saat 12:00-da İran komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB