AGF Kuboku uğrunda beynəlxalq turnir başa çatdı

AGF Kuboku uğrunda beynəlxalq turnir başa çatdı

\"Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir başa çatıb. Siasport.az saytının məlumatına görə, turnirin son günündə sərbəst güləş üzrə gənclər mübarizə aparıb. Nəticələr isə belə olub:

50 kq 1. Vladimir Kudrin – Qazaxıstan, 2. Beka Bujiaşvili – Gürcüstan, 3. Xəqan Xəlilov – Azərbaycan, 3. Məqsəd Həsənov – Belarus.

55 kq 1. Laşa Talakadze – Gürcüstan, 2. Otari Qoqova – Gürcüstan, 3. Qalib Əliyev – Azərbaycan, 3. Azamat Şaqapuli – Qazaxıstan.

60 kq 1. Əhmədnəbi Qvarzatilov – Azərbaycan, 2. Mukamadasidik Curayev – Özbəkistan, 3. Hüseyn Nəsirov – Azərbaycan, 3. Coşğun Əzimov – Azərbaycan.

66 kq 1. Bolat Sakayev – Qazaxıstan, 2. Konstantin Kabalaşvili – Gürcüstan, 3. Bəxtiyar Israfilli – Azərbaycan, 3. Elçin Məmmədov – Azərbaycan.

74 kq 1. Elcan Usubzadə - Azərbaycan, 2. Kamran Yunusov – Azərbaycan, 3. Zurabi Erbotsonaşvili – Gürcüstan, 3. Abubakar Turqayev – Qazaxıstan.

84 kq 1. Sandro Aminaşvili – Gürcüstan, 2. Aleksandr Hutçin – Belarus, 3. Pərviz Axundov – Azərbaycan, 3. Levan Qoqritçiani – Gürcüstan

96 kq 1. Omari Qusoşvili – Gürcüstan, 2. Georgi Meşvildişvili – Gürcüstan, 3. Imkar Yermukambet – Qazaxıstan, 3. Dmirti Qorbunov – Belarus

120 kq 1. Əli Maqomedabirov – Azərbaycan, 2. Geno Petriaşvili – Gürcüstan, 3. Həmzə Özkaradəniz – Türkiyə, 3. Toğrul Cavadlı – Azərbaycan.

Qeyd edək ki, qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub. Komanda hesabında Gürcüstan güləşçiləri birinci, Azərbaycan ikinci, Qazaxıstan üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə