Bərdədə "İdman qadınlar üçün, qadınlarla birgə və qadınların həyatında " adlı idman oyunları keçirilib. Qadınların bu mübarizəsi rayonun idman kompleksində baş tutub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, orta məktəblərin, Bərdə İdarəetmə və Texnologiya Kollecinin qızlarının qatıldığı bu yarışmada bir necə komanada iştirak edib.Yarışda müxtəlif yaş təbəqəli iştirakçılar öz qüvvələrini komanda şəkilində sınayıblar. Bundan əlavə tədbirdə musiqi kompozisiyaları və rəqs də iştirakçıların və tamaşaçıların böyük coşqusu ilə qarşılanıb. Tədbirin məqsədi isə qadınlarda idmana həvəs yaratmaq və idman vasitəsilə qadınlar arasında birlik, həmrəylik yaratmadır.
Qeyd edək ki, tədbirin sonunda qalib gələn komandalar və onların məşqçilərinə müxtəlif hədiyyələr təqdim edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə