Şotokan karate-do üzrə Bakı şəhər açıq kuboku keçirilib

Şotokan karate-do üzrə Bakı şəhər açıq kuboku keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq 12 saylı İOEUGİM-də şotokan karate-do üzrə Bakı şəhər açıq kuboku keçirilib. Baş İdarədən Siasport.az saytına verilən xəbərə görə, ümumilikdə yarışda 76 nəfər idmançı iştirak edib.

Məlumat üçün bildirək ki, yarışın nəticələrinə görə 18 yaşdan yuxarı komandalar arasında kata növü üzrə I yerə Bakı-1, II yerə Qaradağ, III yerə Xocəvənd, kumite növü üzrə I yerə Bakı-1, II yerə Nəsimi, III yerə Nərimanov, 16-17 yaş komandalar arasında kumite növü üzrə I yerə Nəsimi, II yerə Qaradağ, III yerə Sabunçu, kata növü üzrə I yerə Nəsimi, II yerə Sabunçu, III yerə isə Bakı-1 layiq görülüb.

Qeyd edək ki, yrışda I, II və III yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə