Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında qarşılaşma keçirilib. Siasport.az saytının məlumatına görə, komandalar arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov oyun haqda fikirlərini bildirib: "Turnirə qələbə ilə başlamaq istəyirdik. Sevindiricidir ki, istəyimizə nail olduq. Qələbə qazanmağımıza baxmayaraq komandada müəyyən çatışmazlıqlar var. Əsasən fiziki cəhətdən bəzi oyunçular istənilən səviyyədə deyil. Növbəti oyunlara da qələbə qazanmaq üçün çıxacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB