Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, gürcüstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız Fəhmin Muradbəylinin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu sabah – yəni aprelin 29-da, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB