Karatenin yeni “S” versiyasında yarış keçirilib

Karatenin yeni “S” versiyasında yarış keçirilib
Kyokuşinkaykan Kontakt Karate Federasiyasının təşkilatçılığı ilə XIX açıq Azərbaycan Respublikası çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Xaçmaz, Beyləqan, Gəncə, Sumqayıt, Qazax, Salyan, Mingəçevir, Ağstafa və Yevlax şəhər komandalarının bu idman növü üzrə təmsilçiləri iştirak edib.

Qeyd edək ki, federasiya tərəfindən keçirilən və iki gün davam edən bu yarış yeni bir "S" versiya adı altında təşkil olunub. "S" versiyasında çıxışlar böyük maraqla qarşılanıb. Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası Yevlax şəhər nümayəndəliyindən verilən məlumata görə, əsasən bu versiyada idman növündə bütün güclü travma yarada biləcək və hətta ölüm hallarına gətirə biləcək fəndləri ləğv etməklə yeni bir versiyanın əmələ gəlməsinə nail olunub.

Məlumat üçün bildirək ki, yarışın ilk günü Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası Yevlax şəhərindən olan idmançıların iştirakı da maraqla qarşılanıb. Yarışın nəticəsi olaraq Kənan Səfərov 40 kq çəki dərəcəsində -2 yerə, Nicat Bağırov 55 kq çəki dərəcəsində -2 yerə, Ələsgər Nəxtiyev isə 25 kq çəki dərəcəsində -3 yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə