Olimpiadaya 40-cı lisenziyanı Xetaq Qazyumov qazandırdı

Olimpiadaya 40-cı lisenziyanı Xetaq Qazyumov qazandırdı

XXX Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı 96 kq çəkidə sərbəst güləş yığmamızın üzvü Xetaq Qazyumov qazanıb. Azərbaycan Güləş Federasiyasından mətbuata verilən məlumata görə, Qazyumov ardıcıl olaraq, alman William Harthı (0:1, 1:3), slovak Jozef Jaloviarı (0:2, 0:4) və ukraynalı Valerii Andriitsevi (1:0, 1:0) məğlub edərək finala yüksəlib.

Finala yüksəlməklə güləşçimiz yığmamıza 11-ci Olimpiya lisenziyasını qazandırıb. Finalda Xetaq Qazyumov rəqibi qırğızıstanlı Magomed Musaevə də qalib gələrək turniri birinci sırada tamamlayıb.


Xatırladaq ki, bu idmançılarımızın London Yay Olimpiya Oyunlarına qazandığı sayca 40-cı lisenziyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə